Gecə 01:00da işıq kəsiləcək Bu ərazilərdə

19.12.2024

Icma.az bildirir, Metbuat portalına istinadən.

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə 110 kV-luq 6,7-ci Xırdalan hava xəttində həyata keçirilən təmir işləri ilə əlaqədar dekabrın 20-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Metbuat.az xəbər verir ki, “Azərişıq” ASC məlumat yayıb.

Bununla əlaqədar olaraq saat 01:00-dan saat 05:00-dək 110/35/10 kV-luq “Qobu” yarımstansiyasından qidalanan Qobu və Hökməli qəsəbələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью