Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakının mərkəzində qətl törədilib.
"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, noyabrın 5-i saat 01 radələrində Bəşir Səfəroğlu küçəsindən 2006-cı il təvəllüdlü Yasin Seymur oğlu İbadov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən mərhumun əmisi 1987-ci il təvəllüdlü Babək İbadov tutulub.
Onun əvvəllər məhkum edildiyi və qətli öncədən planlaşdırdığı məlum olub.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin