Gecə 12 dən sonra avtomobildə musiqiyə görə cərimə var? İZAH VİDEO

29.09.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gecə saatlarında yüksək səslə musiqiyə qulaq asmaq inzibati məsuliyyət yarada bilər.

Avtsofer.az xəbər verir ki, nəqliyyat eksperti Rüfət Əmiraslanov bildirib ki, gecə saat 00:00-dan səhər saat 07:00-dək yüksək səslə musiqi dinlənilməsi ilə bağlı vətəndaşlara cərimə tətbiq oluna bilər.

Ekspertin sözlərinə görə, bu zaman yüksək səslə musiqi dinləyən şəxslər 150 manatdan 200 manatadək cərimə oluna bilərlər.

Rüfət Əmiraslanov qeyd edib ki, gecə saatları istisna olmaqla, digər vaxtlarda yüksək səslə musiqi dinlənilməsinə görə qanunvericilikdə ayrıca cərimə nəzərdə tutulmayıb.

Ekspert vətəndaşları xüsusilə gecə saatlarında ətrafdakı insanların istirahətinə mane ola biləcək səs-küydən çəkinməyə çağırıb.

Eltac Zülfüqaroğlu

bax.tvhttps://player.bax.tv/embed/227384.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью