Gecə 14 DƏRƏCƏ ŞAХТА: Sabahın hava proqnozu AÇIQLANDI!

11.11.2026

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Noyabrın 12-də Bakıda və Azərbaycanın bəzi rayonlarında hava şəraiti dəyişkən olacaq, dağlıq ərazilərdə isə şaxtalı hava müşahidə ediləcək.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən yağmursuz hava gözlənilsə də, gecə və səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Onlayn mağaza

Havanın temperaturu gecə 5-9, gündüz 12-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət isə 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 11-16 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 2-7, yüksək dağlıq ərazilərdə isə 9-14 dərəcə şaxta gözlənilir. Gündüz temperatur 3-8 dərəcə isti olacaq.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью