Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ötən gecə 8 Noyabr prospektində yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, qəza zamanı iki minik avtomobili toqquşub.
Şahidin sözlərinə görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Toqquşma nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib və nəqliyyat vasitələri yararsız vəziyyətə düşüb.
Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.