Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir

30.10.2026

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müntəzəm yuxu çatışmazlığı ürək-damar sisteminə, maddələr mübadiləsinə, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər.

Bunu rusiyalı nevroloq Anna Suşa Lenta.ru-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur.

"Davamlı olaraq gecə altı saatdan az yatmaq sağlamlıq risklərini artırır. İlk növbədə, ürək-damar sistemi zərər görür. Sağlam insanlarda gecə yuxusu zamanı qan təzyiqi təbii olaraq aşağı düşür. Yuxu çatışmazlığı bu mexanizmin pozulmasına səbəb olur. Az yatan insanlarda hipertoniya, infarkt və insult riski təxminən 50 faiz arta bilər", - deyə mütəxəssis bildirib.

Həmçinin yuxu çatışmazlığı hormonal balansı poza və aclıq hissini gücləndirə bilər. Nəticədə insanın şirniyyatlara və digər yüksək kalorili qidalara meyli artır. Bu isə çəki artımına şərait yaradır və II tip diabet riskini yüksəldə bilər.

Bundan əlavə, normal yuxu beyin fəaliyyəti və immun sisteminin düzgün işləməsi üçün də böyük əhəmiyyət daşıyır. Mütəxəssisin sözlərinə görə, xroniki yuxu çatışmazlığı depressiya və təşviş pozuntuları riskinin artması ilə əlaqəlidir. Eyni zamanda, yuxusuzluq orqanizmin müxtəlif infeksiyalara qarşı müqavimətini zəiflədə bilər. /oxu.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью