Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Bakının Xətai rayonunun Köhnə Günəşli qəsəbəsində, İnqilab İsmayılov küçəsində yerləşən zeytun bağlarında yanğın baş verib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə gecə saat 03:40 radələrində başlayıb. Alov ərazidəki zeytun ağaclarını əhatə edib.
Yanğının səbəbi və ərazidə nə qədər sahənin zərər gördüyü barədə hələlik məlumat yoxdur.