Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ötən gün meteor yağışı müşahidə edilib.
BAKU.WS xəbər verir ki, füsunkar təbiət hadisəsi Azərbaycan səmasından da izlənib.
Xatırladaq ki, Perseid meteor yağışı yüksək intensivliyi, sürətli hərəkət edən və parlaq meteorları ilə seçilir. Bu meteorların bir çoxu atmosferdə uzun işıq izləri buraxır ki, bu da onları digər meteor yağışlarından fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Radiantı (meteorların mənbəyi) Persey bürcündə yerləşdiyi üçün bu meteor yağışı Perseidlər adlanır.