Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gecə saatlarında yediyiniz qidalar yuxu keyfiyyətinə, həzm sisteminizə və ümumi sağlamlığınıza birbaşa təsir edə bilər.
Xüsusilə bəzi meyvələr var ki, sağlam görünsələr də, yatmazdan əvvəl istehlakı tövsiyə olunmur.
Milli.Az xəbər verir ki, dietoloqlar bu meyvələri gecə yeməyin yuxusuzluq, şişkinlik, həzm pozğunluğu və hətta çəki artımı kimi mənfi təsirlər yaratdığını bildirirlər.
Bəs hansı meyvələrdən uzaq durmalıyıq? Ananas Turşuluğu yüksək olduğuna görə mədəyə əlavə yük salır və gecə reflüksə səbəb ola bilər.
Üzüm Şəkər tərkibi yüksəkdir. Gecə yeyildikdə qan şəkərini tez yüksəldə və yuxu rejimini poza bilər.
Banan Kaliumla zəngin olsa da, gecə vaxtı yeyildikdə bəziləri üçün şişkinlik və qaz yarada bilər.
Portağal Sitrus meyvələri mədə turşusunu artıraraq yuxu zamanı narahatlıq və reflüks problemi yarada bilər.