Gecə büstqalterlə yatmaq zərərlidirmi? Həkimlər deyir

16.11.2024

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gecələri büsqalterlə yatmağın düzgün olub-olmaması bir çox qadını maraqlandırır.

Saglamolun.az bildirir ki, büstqalterin orqanizmə bir sıra zərərləri vardır. Mütəxəssislər bildirirlər ki, hər gecə büstqalterlə yatmaq bəzi xəstəliklərə səbəb olur.

Yuxuya təsir edir

Xüsusi ilə bədən ölçünüzə uymayan büstqalterlər gecə yatarkən yuxu problemlərinə səbəb ola bilər.

Qan dövranını pozur

Sıx büstqalter geyinirsinizsə, bu yatarkən qan dövranının zəifləməsinə səbəb olur. Büstqalterlər qanın sərbəst hərəkətinə mane olur.

Dəri sağlamlığına təsiri

Gecələr sıx büstqalter taxmaq tər və kirin dərinizə yapışmasına səbəb olur. Bu dərinizə zərər verə bilər, dərini qıcıqlandıra bilər.

Dəri rəngi dəyişər

Büstqalterə görə, dərinin nəfəs ala bilməməsi dəri rənginin dəyişməsinə səbəb olar.

Əgər büstqaltersiz yata bilmirsinizsə, gecə yatmaq üçün xüsusi büstqalter seçməlisiniz. Sizi sıxmaması və tikişsiz olmasına diqqət edin. (medicina.az)

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью