Gecə ərzində Rusiyanın regionları üzərində 40 Ukrayna PUA sı vurulub

26.01.2026

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gecə ərzində Rusiyanın regionları üzərində 40 Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib və ələ keçirilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“25 yanvar saat 23:00-dan 26 yanvar saat 07:00-dək növbətçi hava hücumundan müdafiə vasitələri təyyarə tipli 40 Ukrayna pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib”, – deyə nazirlikdən bildirilib.

Dəqiqləşdirilib ki, onlardan 34-ü Krasnodar diyarı üzərində, 4-ü Azov dənizi akvatoriyası üzərində, 1-i Bryansk vilayəti üzərində və daha 1-i Kaluqa vilayəti üzərində zərərsizləşdirilib.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью