Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Qusarda kişi gecə evə basqın edərək, qadını öpüb.
Lent.az xəbər verir ki, hadisə rayonun Aşağı Ləyər kəndində qeydə alınıb.
İttiham aktına görə, kənd sakini olan 35 yaşlı Oruc Qasımov (ad və soyad şərtidir) gecə saat 23 radələrində hasardan aşaraq, evin qapısının kəndirini üzərindəki alışqanla yandırıb və mənzilə qanunsuz daxil olub.
Daha sonra o, ev sahibəsini yatılı vəziyyətdə görərək, ona yaxınlaşıb.
Əvvəlcə alnından öpüb sonra isə çiyinlərindən tutaraq, oyatmaq istəyib. Qadın yuxudan oyanıb və onu süpürgə ilə evdən qovub.
Faktla bağlı Cinayət Məcəlləsinin 157.1-ci (mənzildə yaşayanın iradəsi ziddinə evə daxil olma) maddəsilə cinayət işi açılıb.
Təqsirləndirilən Oruc Qasımov ifadəsində bildirib ki, hadisə zamanı sərxoş olub.
Onun sözlərinə görə, gecə saatlarında yük daşımağa kömək üçün həmin evə girib. Daha sonra o, öz evinə gedərək həyətdə yatıb.