Gecə əyləncəsi Qrilişə baha başa gəldi

01.11.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Gecə əyləncəsi Qrilişə baha başa gəldi

“Everton”un yarımmüdafiəçisi Cek Qrilişin komandanın əsas heyətindən uzaqlaşdırılmasının səbəbi bəlli olub.

QOL.az xəbər verir ki, bu barədə İngiltərənin “The Sun” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 31 yaşlı futbolçu oktyabrın 19-da gecə əyləncəsinə qatılıb. O, karaoke məkanında səhər saatlarına qədər vaxt keçirib. Ertəsi gün isə pabların birində dostları ilə birlikdə spirtli içki qəbul edib.

Nəşrin yazdığına görə, Qriliş bundan sonra komandanın məşqinə icazəsiz qatılmayıb. Bu hadisə “Everton” rəhbərliyinin və baş məşqçi Devid Moyesin narazılığına səbəb olub. Nəticədə futbolçu İngiltərə Liqa Kubokunda “Nyukasl”la matçın iştirak ərizəsinə daxil edilməyib. “Everton” həmin görüşdə 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Qreliş yay transfer pəncərəsində “Mançester Siti”dən icarə əsasında “Everton”a keçib. O, ötən mövsümü də bu klubda icarə əsasında keçirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью