Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı–Sumqayıt yolunda yaranmış dərin çuxurlar sürücülər üçün ciddi təhlükə yaradır.
Avtosfer.az-ın məlumatına görə, yolun bəzi hissələrində əmələ gələn çuxurlar səbəbindən ərazidən keçən sürücülər maddi ziyanla üzləşirlər.
Bu barədə sürücülərdən biri sosial şəbəkə hesabında paylaşım edib.
Görüntülərdə günün qaranlıq saatlarında ərazidən keçən “BMW” markalı avtomobilin dərin çuxura düşdüyü əks olunub.
Hadisə nəticəsində nəqliyyat vasitəsinin təkər diskinin əyildiyi bildirilir.
Zərərçəkmiş sürücü avtomobili yol üçün nəzərdə tutulmuş sürət həddində idarə etdiyini vurğulayıb.
Qeyd edək ki, yolun bu vəziyyəti xüsusilə ərazidən ilk dəfə istifadə edən təcrübəsiz sürücülər üçün ciddi risk yaradır. Qaranlıq vaxtlarda çuxurların vaxtında görünməməsi nəqliyyat vasitələrinə ziyan vurmaqla yanaşı, yol-nəqliyyat hadisələrinə də səbəb ola bilər.
Ümid edirik ki, məsul qurumlar yaranmış problemin qısa müddətdə aradan qaldırılması üçün tədbirlər görəcək.
Nərmin
Oxunub 218