Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Son dövrlər paytaxtda və bölgələrdə bir sıra ticarət obyektlərinin, restoranların və xidmət sahələrinin 24 saatlıq iş rejiminə keçməsi cəmiyyətdə və biznes mühitində geniş müzakirə olunur. Gecə saatlarında müştəri axınının zəif olmasına və əlavə xərclərin yaranmasına baxmayaraq, sahibkarların bu addımı atmasının səbəbləri maraq doğurur.
Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, bütün obyektlərin, ümumiyyətlə bütün fəaliyyət növlərinin gecə fəaliyyəti yoxdur, yəni bəzilərinin var:
“Hamı məcbur deyil ki, gecə işləsin. Bəzilərinin də öz seçimidir, özləri qərar verirlər ki, işləyək, yoxsa işləməyək. Pul qazana bilərlər, qazana da bilməzlər, ziyana da gedə bilərlər. Yəni bu, onların nə qədər satış və dövriyyə etməsindən asılıdır. Məişət texnikası
Əgər soruşsanız ki, “bəs niyə onda fəaliyyət göstərirlər?” Modelləri budur, yəni rəqabət bunu vadar eləyir. Bazar payını itirməmək üçün əlavə xidmət təqdim edirlər, müştərilərlə əlaqəli məsələləri, belə deyək, zamana bölürlər. Kimisi üçün ən yaxşı alış-veriş dövrü axşam saat 6-dan sonradır. Camaat işdən çıxır, başlayır mağazaya getməyə, xərcləməyə, restorana və sairə.
Amma onlar buna bütöv 24 saatlıq model kimi baxırlar. 24 saatlıq model kimi baxıb hissələrə bölürlər və təbii ki, başa düşürlər ki, gecə xərclər biraz çoxdur, işçinin saathesabı qiyməti baha olur, müştəri az olur, amma ümumi model kimi baxırlar və rəqabət onları bu modeli seçməyə vadar edir”.
Cəlalə Cəlalqızı