Gecə klubunda çalışan ana körpəsini TƏRK etdi VİDEO

13.11.2025

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Azərbaycanda daha bir körpə sığınacağa yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Təmiz Dünya" Qadın və Uşaqlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib.
Belə ki, ana övladına sahib çıxmadığı üçün körpəyə baxan dayə onu sığınacağa gətirib. Dayə bildirib ki, körpənin anası gecə klublarının birində çalışır:
“Övladını ayda ildə bir dəfə görməyə gəlir. Özünə pul xərcləyir, amma uşağın yeməyi üçün pul istəyəndə vermir”.
Məcburiyyət qarşısında qalan dayə təxminən 3-4 aylıq körpəni sığınacağa gətirib.
Mehrivan Zeynalova qeyd edib ki, körpənin heç bir sənədi yoxdur:
“Bu hal işimizi bir qədər çətinləşdirəcək. Uşağın omba nahiyəsində qızartı və bişməcə yaranıb”, - deyə sığınacağın rəhbəri əlavə edib.

Naibə Məmmədova, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью