Gecə klubunda faciə 18 ölü, 120 yaralı

08.04.2025

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dominikan Respublikasında gecə klubunun damı uçub, azı 18 nəfər ölüb.
Milli.Az xəbər verir ki, hadisə paytaxt Santo Dominqodakı "Jet Set" gecə klubunda baş verib.

Prezident Luis Abinader "X"də faciə ilə bağlı açıqlama verib:

"Jet Set gecə klubunda baş verən faciəyə görə dərin təəssüf hissi keçiririk. Hadisəni anbaan izləyirik".

Təcili Əməliyyatlar Mərkəzinin direktoru Xuan Manuel Mendez bildirib ki, hadisə zamanı 120-dən çox insan yaralanıb. Xilasedicilər dağıntılar altında axtarışlar aparırlar:

"Biz güman edirik ki, onların bir çoxu hələ də sağdır və buna görə də dağıntılar altında bir nəfər belə qalmayana qədər işimizi buraxmayacağıq".

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik dəqiqləşdirilməyib. (Ajans.az)
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью