Gecə klubunda MMA döyüşçüsünü döydülər FOTO

18.11.2024

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyalı qarışıq döyüş növləri (MMA) döyüşçüsü Kirill Fomenkov Moskvanın mərkəzindəki "Mumiy Troll" barında təhlükəsizlik işçiləri tərəfindən döyülüb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə "112" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, hadisə noyabrın 17-də baş verib. Şifahi münaqişədən sonra idmançı mühafizəçilərlə dava edib və sifətinə bir neçə zərbə alıb. Döyüşçü beyin silkələnməsi diaqnozu ilə Sklifosovski xəstəxanasına aparılıb. Bu hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Fomenkov Kamil Hacıyevin idarə etdiyi "Fight Nights Global" promoşunun döyüşçüsüdür. Fomenkov pankration üzrə Rusiyanın idman ustası titulunun sahibidir və əlbəyaxa döyüşdə idman ustasına namizəd rütbəsinə malikdir. İdmançı 7-3-1 peşəkar rekordu ilə ağır çəki dərəcəsində yarışır.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью