Gecə klubundan Vatikana: Papanın həyat yolu... | Icma.az
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq. Xəbər verdiyimiz kimi, Roma Papası Fransisk bu gün Vatikanda dünyasını dəyişib.
Axar.az xəbər verir ki, Papa Fransisk adı ilə tanınan Xorxe Mario Berqoqlio həyatı boyu qeyri-ənənəvi seçimləri və sadə həyat tərzi ilə diqqət çəkib.
1936-cı ildə Argentinanın paytaxtı Buenos-Ayresdə italyan mühacir ailəsində doğulan Xorxe Mario gəncliyində bir neçə müxtəlif işlərdə çalışıb.
Gecə klublarının birində mühafizə xidmətində işləyib. Daha sonra kimya ixtisası üzrə təhsil alıb və fəaliyyətini laborant kimi davam etdirib
Gənc yaşda keçirdiyi ağır pnevmoniya səbəbindən ağciyərinin bir hissəsi götürülüb.
Xorxe Mario Berqoqlio 1958-ci ildə Yezuit təriqətinə qoşulub.
Din, təhsil və fəlsəfə sahəsində intensiv təhsil aldıqdan sonra keşiş təyin edilib.
O, 1998-ci ildə Buenos-Ayres arxiyepiskopu, 2001-ci ildə isə kardinal seçilib.
Tam oxu
Xəbəri oxu