Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gecə neçə saat yatmağın sağlamlıq üçün kifayət etdiyi ilə bağlı müzakirələrə pulmonoloq Xoakin Duran aydınlıq gətirib. Mütəxəssis ideal yuxu müddətinin 6-9 saat arasında olduğunu bildirib.
Moderator.az El Confidencial-a istinadən xəbər verir ki, Duranın sözlərinə görə, yuxu bir neçə mərhələdən ibarətdir və onların hər biri orqanizmin bərpasında mühüm rol oynayır.
Həkim izah edib ki, hər yuxu dövrü təxminən 90 dəqiqə davam edir. İnsan gecə ərzində 4-6 belə dövr keçirməlidir.
Buna görə də ideal yuxu müddəti 6-9 saat hesab olunur. Dəqiq müddət isə insanın fərdi xüsusiyyətlərindən asılıdır.
Duran vurğulayıb ki, yuxu apnesi, səthi yuxu və digər pozuntular bu prosesi poza bilər. Nəticədə insan kifayət qədər yatmış olsa belə, orqanizm tam bərpa olunmur.
Mütəxəssis qeyd edib ki, keyfiyyətli yuxu yalnız saatların sayı ilə deyil, yuxu dövrlərinin normal keçməsi ilə də bağlıdır.