Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dərmanların qəbul edildiyi vaxt müalicənin effektivliyinə, orqanizmin preparata reaksiyasına və yuxu keyfiyyətinə təsir göstərə bilər.
Redaktor.az xəbər verir ki, bunu həkim Mariya Kostileva “RT”yə açıqlamasında deyib.
Onun sözlərinə görə, mərkəzi sinir sisteminin fəaliyyətini artıra bilən preparatların gecə qəbul edilməsi adətən tövsiyə olunmur.
Həkim bildirib ki, tərkibində kofein olan dərmanlar yuxu pozuntusu, yuxusuzluq, narahatlıq, əsəbilik və həddindən artıq oyanıqlığa səbəb ola bilər.
Qalxanabənzər vəzinin hormon preparatları, o cümlədən levotiroksin natrium isə adətən səhər acqarına qəbul edilir. Bunun səbəbi preparatın orqanizm tərəfindən sorulma xüsusiyyətləri ilə bağlıdır.
Sidikqovucu dərmanların, məsələn, furosemid, hidroxlorotiyazid, spironolakton və eplerenonun isə əsasən günün birinci yarısında qəbul edilməsi tövsiyə olunur.
Mütəxəssis qeyd edib ki, dərmanın gündə iki dəfə qəbulu təyin olunarsa, ikinci dozanın saat 16:00-dan gec olmaması məqsədəuyğundur. Daha gec qəbul edilməsi gecə tez-tez sidiyə getməyə səbəb olaraq pasiyentin həyat keyfiyyətini pisləşdirə bilər.
Aytəkin TOFİQQIZI