Gecə saat 11 də yemək olar? Nəticəyə özünüz də TƏƏCCÜBLƏNƏCƏKSİNİZ!

27.10.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Tibb üzrə fəlsəfə doktoru, tanınmış həkim Vasif İsmayıl arıqlamaq və çəkini nəzarətdə saxlamaq istəyənlərə üç əsas qayda tövsiyə edib. Həkim bildirib ki, qidalanma vərdişlərini dəyişmək, aclıq və toxluq hissinə diqqət yetirmək, həmçinin kalorisi az olan qidalara üstünlük vermək çəkiyə nəzarətdə mühüm rol oynayır.“Yeni Sabah” xəbər verir ki, V.İsmayıl arıqlamağın əsas prinsiplərindən danışarkən insanların qəbul etdikləri və sərf etdikləri kalorilərə diqqət yetirməli olduqlarını vurğulayıb.

Həkimin sözlərinə görə, bədən ehtiyacından artıq enerji qəbul edildikdə çəki artımı baş verə bilər. O, bunu izah edərkən gündəlik kalori ehtiyacı ilə qəbul edilən kalorinin miqdarını müqayisə edib:

“Əgər bizə 1500 kalori lazımdırsa və 1900 kalori qəbul ediriksə, həmin 400 kalori yoxa çıxmır, bədəndə piy kimi toplanır. Əgər 1500 kalori lazımdırsa, amma 1000 kalori alırıqsa, orqanizm çatışmayan enerjini ehtiyatlarından əldə edir”. Dominos pizza

V. İsmayılın fikrincə, arıqlamaq istəyənlərin əməl etməli olduğu ilk qayda kalorili içkilərin qəbulunu azaltmaqdır. O, xüsusilə şəkərli və spirtli içkilərə diqqət çəkib.

“Birinci qayda kaloriləri hər zaman çeynəyərək qəbul etməkdir. Artıq çəkiniz varsa, kaloriləri içməyin. Bu, şəkərli içkilərdən uzaq durmaq deməkdir. Spirtli içkilər də kalori mənbəyidir və onlara da bir müddət ara vermək lazımdır”, – deyə həkim bildirib.

Həkimin qeyd etdiyi ikinci qayda isə yalnız aclıq hiss etdikdə yemək və doyduqdan sonra qida qəbulunu dayandırmaqdır. O, insanların mütləq gündə üç dəfə yemək yeməli olduğu fikrini şübhə altına alaraq qidalanarkən bədənin siqnallarına diqqət yetirməyin vacibliyini vurğulayıb.

“Ac deyilsinizsə, yeməyin. Acdınızsa, yeyin, doydunuzsa, əlinizi yeməkdən çəkin. Qayda bu qədər sadədir. Özünüzü buna öyrəşdirsəniz, istədiyiniz vaxt, hətta gecə saat 11-də də yeyə bilərsiniz. Amma gec saatlarda yemək mədə və reflüks kimi problemlər baxımından narahatlıq yarada bilər”, – deyə Vasif İsmayıl söyləyib.

Üçüncü qayda ilə bağlı danışan həkim gündəlik kalori ehtiyacı dolsa da, aclıq hiss edən şəxslərin daha az kalorili və toxluq hissi yaradan qidalara üstünlük verməsini məsləhət görüb. Onun sözlərinə görə, bu zaman çörək və düyü kimi qidalarla qarını doyurmaq əvəzinə zülalla zəngin seçimlərə diqqət yetirmək olar.

V. İsmayıl bu baxımdan soyutma yumurta və qatığı nümunə göstərib. O, yumurtanın toxluq hissini daha uzun müddət saxlamağa kömək edə biləcəyini, qatığın isə qidalanmada istifadə oluna biləcəyini qeyd edib.

“Ən yaxşısı soyutma yumurtadır. Qatığa bir az forma qatmaq üçün xiyar da doğramaq olar. Amma əsas məsələ tez doyuran, kalorisi az olan qidalara üstünlük verməkdir”, – deyə həkim bildirib.

Qeyd edək ki, arıqlamaq üçün uyğun kalori miqdarı insanın yaşından, çəkisindən, fiziki aktivliyindən və sağlamlıq vəziyyətindən asılıdır. Buna görə də qidalanma rejimini dəyişərkən fərdi ehtiyacları nəzərə almaq vacibdir.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью