“Gecə saat 12 də restoranda niyə pudra vurum ki?” Elgiz əsəbiləşdi (Video)

05.11.2026

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Aparıcı Elgiz Əkbər ünvanına ünvanlanan suallardan birinə sərt reaksiya verib.

Milli.Az xəbər verir ki, o, öz verilişində izləyicilərdən birinin dəfələrlə üzünə "pudra" çəkib-çəkmədiyini soruşmasından narazılığını ifadə edib.

Elgiz bildirib ki, efirdə olmadığı vaxtlarda da üzünə makiyaj etdirməsi ilə bağlı sualların təkrar-təkrar verilməsi onu bezdirib:

"Biri dəfələrlə soruşur ki, üzünüzə "pudra" vurursunuz? Mən efirdə deyiləmsə, gecə saat 12-də restoranda niyə pudra vurum ki?"

Aparıcının bu cavabı studiyada müzakirəyə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью