Gecə saat 4 də hamamda meyiti tapıldı

02.05.2025

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı şəhəri Suraxanı rayonunda 19 yaşlı qız dəm qazından boğulub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə ötən gün Dədə Qorqud qəsəbəsində qeydə alınıb.

2006-cı il təvəllüdlü Şövqiyyə Hilal qızı Baxşıyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Yaxınları onun meyitini gecə saat 04 radələrində aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью