Gecə saatlarında ağır qəza: ölən var

24.03.2025

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Masallıda baş verən qəzada piyada ölüb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, martın 24-də saat 16 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində Ə.İsayevin idarə etdiyi "Opel" markalı avtomobillə M.Kişiyevin idarə etdiyi "Toyota" markalı avtomobil toqquşub.

Sürücünün idarəetməni itirməsi nəticəsində "Toyota" markalı avtomobil yolun ehtiyat hissəsi ilə hərəkət edən piyada 59 yaşlı Camal Ağayevi vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью