Gecə saatlarında işığı yanmayan evləri hədəf alan şəxs saxlanıldı

25.11.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Xəzər rayonunda fərdi yaşayış evindən 2 min manat dəyərində elektrik naqilləri və mis boru oğurlanıb. Polisin keçirdiyi tədbirlərlə əməli tərədən 25 yaşlı E. Eynili saxlanılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, araşdırma zamanı müəyyən edilib ki, E. Eynili axşam saatlarında məhəllələri gəzərək işığı yanmayan evləri seçirmiş. Evdə heç kimin olmadığını güman etdikdə içəri girir, sata biləcəyi əşyaları götürürmüş. Onun həmin evdən götürdüyü elektrik naqillərini və digər əşyaları sonradan satdığı məlum olub.

Saxlanılan şəxsin eyni üsulla rayondakı digər evlərdən də oğurluq etdiyi müəyyənləşdirilib. Faktlarla bağlı araşdırma davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью