Gecə saatlarında piyadanı “Kamaz”la vurub öldürdü

08.06.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, S.Abbasov saat 01:35 radələrində idarə etdiyi “Kamaz” markalı avtomobillə Zabrat qəsəbəsində yerləşən “Ayxan market”in qarşısında yolu keçən piyada Əhmədov Nurlan Rafiq oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanıb, istintaq aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью