Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

28.09.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Moskva, 28 sentyabr, AZƏRTAC

Sentyabrın 28-nə keçən gecə hava hücumundan müdafiə sistemləri Rusiya səmasında Ukraynanın 254 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Voronej vilayətində dron hücumu nəticəsində 4 nəfər, o cümlədən 3 uşaq yaralanıb. Vilayətin qubernatoru Aleksandr Qusevin sözlərinə görə, dünən gecə və bu səhər bölgə üzərində 20 PUA vurulub.

2022-ci il təvəllüdlü bir qız və 2019-cu il təvəllüdlü bir oğlan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 2015-ci il təvəllüdlü digər uşaq yerində tibbi yardım alıb. 1989-cu il təvəllüdlü bir qadın isə orta ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Voronejdə pilotsuz təyyarənin qalıqları bir bağ evini və üç qarajı yandırıb, onlardan birində avtomobil olub. Şəhərdə və onun ətraf ərazilərində bir neçə çoxmənzilli binanın və fərdi evlərin pəncərələri, damları, eləcə də avtomobillər zədələnib.

Krasnodar diyarının hakimiyyət orqanları da hücumun nəticələri barədə məlumat verib. Regional əməliyyat qrupunun məlumatına görə, Dinski, Pavlovski və Krasnoarmeyski rayonlarında üç mülki infrastruktur obyektində yanğınlar baş verib. İlkin məlumatlara görə, insan tələfatı yoxdur.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью