Gecə saatlarında sürücünü bıçaqla təhdid edən sərnişin Saxlanıldı

03.11.2026

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Noyabrın 2-də gecə saatlarında paytaxtın Biləcəri qəsəbəsində “Honda” markalı avtomobildə naməlum sərnişin sürücünü bıçaqla hədələyərək pul tələb edib.

“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı sürücü dərhal 102-yə məlumat verib.

Polisin keçirdiyi tədbirlərlə cinayət əməlini törədən əvvəllər məhkum olunan Vüsal Hüseynov saxlanılıb.

Araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью