Gecə saatlarında Ukrayna vuruldu: Ölən və yaralılar var

28.01.2026

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində Ukraynanın Xarkov vilayətində sərnişin qatarına zərbə endirilib.

Globalinfo.az xəbər verir ki, hadisə Yazıkovo kəndi yaxınlığında, Barvenkovo–Xarkov-Çop marşrutu üzrə baş verib.

Qatarın içində 155-dən çox sərnişin olub. İlk məlumatlara görə, üç nəfər həlak olub, bir kişi və bir qadın isə tibbi yardım üçün müraciət edib.

Prokurorluq bildirir ki, qatarın yaxınlığında iki zərbə qeydə alınıb, daha bir zərbə isə bir vaqona dəyərək yanğına səbəb olub. Hadisənin nəticələrinin qiymətləndirilməsi və xilasedici əməliyyatlar davam edir.

Tahir Turan
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью