Gecə saatlarında “VAZ” sürücüləri sürət yarışına çıxdı VİDEO

11.06.2026

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qusar rayonu ərazisində yol hərəkəti qaydalarını pozan sürücülərin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl gecə saatlarında qeydə alınıb.

Kadrlarda 10-CH-607 dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı və digər “VAZ-2106” markalı avtomobillərin yüksək sürətlə hərəkət etdiyi görünür.

Sürücülərin yol boyu bir-birini ötməyə çalışdığı, bunun isə sürət həddinin aşılması ilə müşayiət olunduğu açıq şəkildə görünür.

Qeyd edək ki, belə hallar xüsusilə gecə saatlarında yol təhlükəsizliyi üçün ciddi risk yaradır. Görünüşün məhdud olduğu şəraitdə yüksək sürət və bir-birini ötmə cəhdləri qarşıdan gələn nəqliyyat vasitələri, yolun hərəkət hissəsinə çıxa biləcək piyadalar və ya heyvanlarla toqquşma ehtimalını xeyli artırır.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью