Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Paytaxtın Xətai rayon, Sarayevo küçəsində səkinin zəbt olunması vətəndaşlar üçün problem yaradıb.
Həmin ərazidə yaşayan vətəndaşlar bildirirlər ki, bir neçə gündür ərazidə naməlum obyekt tikilir və səki zəbt olunub. Bu səbəbdən piyadaların hərəkəti çətinləşib və ərazidə yaşayan insanlar narahatdır.
"Cebheinfo.az"-ın redaksiyasına müraciət edən sakin Məmmədov Lətif bildirib ki, tikinti gecə saatlarında aparılır və sakinlər üçün ciddi narahatlıq yaradır:
“Bir neçə gündür ki, gecə saatlarında tikinti gedir. Mən işə buradan gedib-gəlirəm və səkilərin zəbt olunduğunu görürəm. Bu, həm özüm, həm də burada yaşayan digər sakinlər üçün narahatlıq yaradır.
Aidiyyəti qurumların hələ vəziyyətə müdaxilə etməyib. Hesab edirəm ki, məsələ ictimailəşsə, tikintinin dayandırılması və problemin həlli mümkün ola bilər”.
Səkilərin zəbt olunması həm piyada hərəkətini çətinləşdirir, həm də burada yaşayan insanların gündəlik həyatına təsir göstərir. Belə tikintilər həm də şəhərsalma qaydalarına uyğun olmaya bilər.Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin