Gecə şimşək çaxacaq, yağış yağacaq | Icma.az
Icma.az bildirir, Milli.az portalına istinadən. Avqustun 17-d gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin 16-dan 17-nə keçən gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olacaq. Havanın temperaturu gecə 21-24, gündüz 27-31 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, axşama doğru tədricən kəsiləcəyi, gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacağı ehtimalı var.
Tam oxu
Xəbəri oxu