Gecə turizmi üçün ən yaxşı şəhərlərin SİYAHISI

08.06.2026

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Roma gecə turizmi üçün ən yaxşı istiqamət seçilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat "Radical Storage" şirkətinin araşdırmasında yer alıb.

Qeyd olunur ki, İtaliyanın paytaxtı yüzdən çox gecə turu və məşhur məkanlara ekskursiyalar təklif edir. Reytinqdə ikinci yerdə Niderlandın Amsterdam, üçüncü yerdə isə Norveçin Tromse şəhəri qərarlaşıb.

İlk onluqda həmçinin Rovaniemi (Finlandiya), Tokio (Yaponiya), Dubay (BƏƏ), London (Böyük Britaniya), Paris (Fransa), Mərrakeş (Mərakeş), Ko Panqan (Tailand) şəhərləri yer alıblar.

Mütəxəssislər bildiriblər ki, gecə turizmi yalnız bar və klublara getməkdən ibarət deyil, muzey ziyarətləri və məşhur turistik məkanları gecə saatlarında görmək də bu anlayışa daxildir.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью