Gecə və səhər saatlarında yola çıxacaq sürücülərin NƏZƏRİNƏ

29.04.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.
Bizim.Media Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, aprelin 30-u gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti müşahidə olunacaq.
Proqnozlaşdırılan hava ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin azalacağı ehtimal olunur.
Belə ki, dumana görə yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью