“Gecədən səhərə kimi otururuq ki, traktor gələcək...” Video

02.12.2024

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

“Ömürlük birinci qrup əlil olan “sudurğa”lı uşağım var. Gecə mənə həkim lazım olur,  təcili yardım bura necə gəlsin? Gecə saat 3-də evimi titrədirlər. Belə şey olmaz ki...”

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Baku TV-yə Yasamal rayonu Abdulla Şaiq küçəsi dalan 1 ünvanında yaşayan sakinlər deyiblər.

Onların sözlərinə görə, sakinlərlə heç bir razılığa gəlmədən evlərini söküblər. Hazırda həmin ərazidə MTK tərəfindən çoxmərtəbəli bina tikilir. Tikinti işlərinin hansı MTK tərəfindən aparılmasından isə xəbərsizdirlər. Sakinlər deyirlər ki, gecədən səhərə kimi səksəkədə traktorun gəlib söküntüyə başlayacağını gözləyirlər.

MTK-dan isə yalnız razılıq əldə olunan sakinlərin evlərinin söküldüyünü bildirilib. Şirkət rəsmisi sakinlərə 2000-2500 AZN məbləğində kompensasiya verildiyini qeyd edib.

Ətraflı videosüjetdə:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью