Gecələr daha çox kalori yandırmaq mümkündürmü?

16.09.2026

Icma.az, Olke.az saytına istinadən bildirir.

"Əzələ kütləsi yuxu zamanı daha çox kalori yandırmağa kömək edir".

Onun sözlərinə görə, insan yuxuda olarkən orta hesabla saatda 40-55 kalori yandırır. Lakin bu göstərici bədən çəkisi, fiziki aktivlik səviyyəsi və maddələr mübadiləsinin sürətindən asılı olaraq dəyişir.

Mütəxəssis qeyd edib ki, əzələ kütləsi daha çox olan insanlar gün ərzində, o cümlədən yuxu zamanı daha çox enerji sərf edirlər.

Bununla belə, psixiatr gecə saatlarında kalori yandırılmasını arıqlamağın əsas üsulu kimi qiymətləndirməməyi tövsiyə edib. Onun sözlərinə görə, çəkiyə daha çox təsir göstərən amillər müntəzəm fiziki aktivlik, düzgün qidalanma və keyfiyyətli yuxudur.

Həkim izah edib ki, yuxusuzluq iştahı tənzimləyən hormonların və maddələr mübadiləsinin fəaliyyətini poza, həmçinin yüksək kalorili qidalara meyli artıra bilər.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью