Gecələr Wi Fi routerini söndürmürsünüzsə, bunları mütləq bilin!

11.11.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə.az Demokrat.az-a istinadən xəbər verir ki, routerin işləyərkən isinməsi əksər hallarda normal hesab olunur. Elektron komponentlər, xüsusilə çoxsaylı cihazlar şəbəkəyə qoşulduqda və internetdən intensiv istifadə edildikdə istilik yaradır. Bununla belə, cihazın həddindən artıq qızması, öz-özünə yenidən başlaması və internet bağlantısının tez-tez kəsilməsi diqqət tələb edir. Belə hallarda routerin havalandırma şəraiti və enerji adapteri yoxlanılmalıdır.

Routeri gecə söndürməyin əsas səbəblərindən biri elektrik enerjisinə qənaət etməkdir. Məsələn, saatda 10 vatt enerji sərf edən cihaz sutka ərzində fasiləsiz işlədikdə ildə təxminən 87,6 kilovat-saat elektrik enerjisi istifadə edir. Onu hər gecə səkkiz saat söndürmək isə nəzəri olaraq ildə 29,2 kilovat-saat qənaət etməyə imkan verir. Bununla belə, real qənaət cihazın modelindən və elektrik tariflərindən asılıdır.

Wi-Fi siqnalının sağlamlığa təsiri də istifadəçiləri narahat edən məsələlərdəndir. Simsiz internet radiofrekanslı, ionlaşdırıcı olmayan elektromaqnit sahələrindən istifadə edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, simsiz şəbəkələrin adi istifadə zamanı yaratdığı təsir səviyyələri müəyyən edilmiş mənfi sağlamlıq təsirlərinin müşahidə olunduğu hədlərdən xeyli aşağıdır. Buna görə də routeri yalnız Wi-Fi siqnalından qorxaraq gecələr söndürmək üçün əsaslı səbəb yoxdur.

Digər tərəfdən, bəzi routerlər proqram təminatının avtomatik yenilənməsini gecə saatlarında həyata keçirir. Məsələn, bəzi Wi-Fi cihazlarında yeniləmələr saat 01:00-dan 05:00-dək quraşdırılır. Routerin həmin vaxt söndürülməsi bu prosesi poza bilər. Bundan başqa, evdə təhlükəsizlik kameraları, ağıllı dinamiklər və digər internetə bağlı cihazlar da router söndürüldükdə əlaqəni itirir.

Mütəxəssislər bildirirlər ki, uzun müddət evdən kənarda qalarkən, texniki nasazlıq yarandıqda və ya cihazın həddindən artıq qızması müşahidə edildikdə routeri söndürmək məqsədəuyğundur. Adi şəraitdə isə düzgün quraşdırılmış və işlək vəziyyətdə olan Wi-Fi routerini gecə-gündüz açıq saxlamaq mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью