Gecələr Yasamalda nə baş verir? Saat 12 dən sonra səsdən yatmaq olmur...

10.07.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Bakının Yasamal rayonunda yaşayan sakinlərin gecə yuxuları ərşə çəkilib.

Bu barədə sakinlər tərəfindən BAKU.WS-in "qaynar xətti"nə daxil olan şikayətlərdə qeyd olunub.

Sakinlər bildirib ki, rayonun Əsəd Əhmədov küçəsində, 308 nömrəli tam orta məktəbin yaxınlığında qanunsuz tikinti işləri aparılır. 

"Bildiyimiz qədərilə burada bina tikməyə icazə verilməyib. Lakin gecə düşən kimi səs-küy-dən yata bilmirik. Axşam 12-dən səhər 05:00-a kimi binada tikinti işləri gedib. Xahiş edirik rəsmi qurumlar məsələyə bir əncam çəksin". 

Sözügedən kadrları təqdim edirik:

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью