“Gecələr yuxumu qaçıran təhlükə...” ÜST rəhbərindən dəhşətli xəbərdarlıq

25.09.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus yeni tənəffüs yolları patogeninin COVID-19-a bənzər genişmiqyaslı yeni pandemiyaya yol aça biləcəyi barədə xəbərdarlıq edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, ÜST rəhbəri bu barədə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində təşkil olunan mətbuat konfransında danışıb.

Qebreyesus növbəti pandemiyanın erkən və ya gec baş verəcəyinin qaçılmaz olduğunu vurğulayıb:

“Gecələr yuxumu əlimdən alan əsas narahatlıqlardan biri yeni tənəffüs patogeninin ortaya çıxma ehtimalıdır. Bu xəstəlik COVID-19-un yaratdığı ağır fəsadlarla eyni nəticələrə gətirib çıxara bilər”.

Xəstəliklərin sürətlə yayılma riskinə misal olaraq ÜST rəhbəri Konqo Demokratik Respublikasında davam edən Ebola epidemiyasını göstərib. O bildirib ki, infeksiya dünyanın istənilən nöqtəsində baş qaldıra bilər və bu, təkcə yerli əhaliyə deyil, qonşu ölkələrə və bütün dünyaya təhdid yaradır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью