Gecənin bomba xəbəri: Osimhen uğrunda mübarizə qızışdı

06.06.2025

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qalatasaray" Viktor Osimhenə illik 26 milyon avro məvacib təklif edib.

Milli.Az xəbər verir ki, "sarı-qırmızılar" nigeriyalı hücumçunu komandada saxlamaq üçün hər şeyi edir. 

Osimhen Səudiyyə Ərəbistanda oynamaqdansa, Çempionlar Liqasında çıxış etməyi üstün tutur.

Bu barədə insayderlər Fabritsio Romano və Yağız Sabuncuoğlu, eyni zamanda Fransa mətbuatı məlumat yayıb.

"Əl-Hilal"la nigeriyalı arasında danışıqlar yaxşı irəliləmir. S. Ərəbistan klubu təklifi qəbul etmək üçün ona 24 saat vaxt verib.

Bu transferdə artıq "Qalatasaray" daha öndədir. (Offsideplus.az)

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью