Gecənin əfsanələri Bakıda coşqu yaratdı: US Legend Cars , kartinq finalı və drift şou bir …
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıda həyəcan dolu avtomobil tədbiri – US Legend Cars yarışları üçüncü dəfə baş tutdu.
“Gecənin əfsanələri” (Legends of The Night) adlı tədbir Dövlət Bayrağı Meydanında keçirilib.
Tədbir Azərbaycan Avtomobil Federasiyası (AAF) və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təşkil olunub.
Xüsusi hazırlanmış trasda 12 peşəkar pilot, klassik dizaynla müasir texnologiyanı birləşdirən kompakt avtomobillərlə mübarizə apardı.
Gecə yarışı izləyicilərə parlaq və dinamik atmosfer bəxş etdi.
25 dövrəlik gərgin mübarizənin yekununda birinci yerin sahibi Adil Axundov, ikinci yerin sahibi Fərid Quliyev, üçüncü yerin sahibi isə Elvin Xudaverdiyev oldu.
Tədbir çərçivəsində 12–15 yaşlı gənc pilotlar arasında kartinq üzrə çempionatın final mərhələsi də keçirildi.
Tam oxu
Xəbəri oxu