Gecəyarı azərbaycanlı gəncin evi yandı | Icma.az
Lent az saytına istinadən Icma.az xəbər verir. Türkiyədə azərbaycanlının evi yanıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə gecə saatlarında Çorum şəhərinin Bahçelievler məhəlləsində baş verib.
Buradakı 4 mərtəbəli binanın sonuncu mərtəbəsində 25 yaşlı Ariz Mahmudova məxsus evdə yanğın başlayıb.
Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb olunub. Xilasedicilər evdə kiminsə olacağı ehtimalı ilə qapını sındırıb içəri girməyə çalışıbl
Bu zaman Ariz də sevgilisinin evdə ola biləcəyini düşünərək nərdivanla evə çıxmağa çalışıb. Lakin o, nərdivandan düşürülüb.
Xilasedicilər isə evdə kiminsə olmadığını görüblər. Yanğın söndürülüb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu