Gecəyarı Əcəmi dairəsi ndə avtoş luq edənlər saxlanıldı VİDEO

25.10.2025

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının Nəsimi rayonunda gecə saatlarında sakinlərin rahatlığını pozan, yol hərəkəti qaydalarına riayət etməyən sürücülər və digər hüquqpozmalara yol verən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülüb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən “Əcəmi dairəsi” adlanan ərazidə gecə saatlarında keçirilən tədbirlərlə avtoxuliqanlıq hərəkətlərinə yol verən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən 4 sürücü saxlanılaraq məsuliyyətə cəlb olunub.

Paytaxt ərazisində sakinləri narahat edən bu cür halların qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью