Icma.az, Konkret.az saytına istinadən bildirir. Qusarda gecə evə basqın edərək qadını öpən kişiyə elektron qolbaq taxılıb.
Pravda.az Lent.az-a istinadla xəbər verir ki, rayonun Aşağı Ləgər kənd sakini Oruc Qasımovun (ad və soyad şərtidir) işinə Qusar Rayon Məhkəməsində baxılıb.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, ittihama görə, 35 yaşlı Oruc Qasımov saat 23 radələrində qonşusunun hasarından aşıb və evə qanunsuz daxil olub.
Daha sonra o, ev sahibəsini yatılı vəziyyətdə görərək ona yaxınlaşıb.
Əvvəlcə alnından öpüb, sonra isə çiyinlərindən tutaraq oyatmaq istəyib. Qadın oyanıb və onu süpürgə ilə evdən qovub.
Faktla bağlı Cinayət Məcəlləsinin 157.1-ci (mənzildə yaşayanın iradəsi ziddinə evə daxil olma) maddəsi ilə cinayət işi açılıb.
Təqsirləndirilən Oruc Qasımov ifadəsində bildirib ki, hadisə zamanı sərxoş olub.
Onun sözlərinə görə, gecə saatlarında yük daşımağa kömək etmək üçün həmin evə girib, daha sonra öz evinə gedərək həyətdə yatıb.