Gecəyarı Zabratda AĞIR QƏZA: 1 ölü, 3 yaralı var

29.11.2025

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda ölümlə nəticələnən ağır qəza olub.

Lent.az-ın məlumatına görə, hadisə bu gecə saat 4:30-da Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.

Abbasov Mirəli Yolçu oğlu idarə etdiyi “Toyota Prado” markalı avtomobillə işıqforun yaşıl işığından keçib sola doğru manevr edib Kürdəxanı qəsəbəsi istiqamətində hərəkət edərkən 22 yaşlı Ələsgərov Ələsgər Elxan oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Nəticədə Ələsgər Ələsgərov hadisə yerində ölüb. Onun sərnişinləri, 22 yaşlı Rəsulova Sevinc Şükür qızı və onun 19 yaşlı bacısı Nəzrin, eləcə də digər sürücü M.Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi açılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью