Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Britaniya kral ailəsinin keçmiş üzvləri, şahzadə Harri və Meqan Markl Kanadada dostları, musiqi prodüseri Devid Fosterin tədbirinə qatılıblar.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, cütlük avqustun 7-də Devid Foster Fondunun 40 illik fəaliyyətinə həsr olunan qala gecəsində iştirak edib.
Meqan gecə üçün mərhum şahzadə Dianaya məxsus brilyant və sapfir sırğalardan istifadə edib. O, zinət əşyalarını kanadalı dizayner Greta Constantine tərəfindən hazırlanan libasla tamamlayıb. Şahzadə Harri isə klassik qara smokin geyinib.
Tədbirdə Devid Fosterin həyat yoldaşı Ketrin Makfi, Adam Levin və Coş Qroban da iştirak edib.
Qeyd edək ki, Harri və Meqanın Devid Fosterlə dostluğu uzun illərdir davam edir. Onlar daha əvvəl Foster və Ketrin Makfi ilə birlikdə ikili görüşdə də görüntüləniblər.