Gədəbəy sakini ovda güllə yarası alıb

24.12.2024

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Gədəbəydə ova gedən 36 yaşlı kişi güllə yarası alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qoşabulaq kəndində qeydə alınıb. Kənd sakini 1988-ci il təvəllüdlü T.Qasımov güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, T.Qasımov dağlıq ərazidə ov edən zaman silahla ehtiyatsız davranması nəticəsində açılan atəş onun ayağından dəyərək xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью