Gədəbəy və Şəmkirə dolu düşdü FOTO

13.05.2026

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Gədəbəyə dolu yağıb.

"Unikal"ın məlumatına görə, bu gün axşam saatlarında güclü yağışdan sonra rayon mərkəzinə və ucqar kəndlərə  dolu düşüb. Dolunun yağması təxminən 10-15  dəqiqə davam edib. 

Həmçinin, bu gün Şəmkir rayonunda ucqar dağ kəndlərinə də güclü yağışdan sonra dolu düşüb. Təbiət hadisəsi hər iki rayonda ciddi fəsad törətməyib, ümumilikdə dolunun diametri bəzi yerlərdə 10-15 mm olub.

 Qeyd edək ki, hazırda bölgədə qeyri-sabit hava şəraiti hökm sürür.

Tural Əhmədov



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью