Gədəbəydə 13 yaşlı məktəbli itkin düşüb Valideynləri kömək istəyir

03.11.2026

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gədəbəy rayonunda 2013-cü il təvəllüdlü İsmayıl Tağıyev Rüstəm oğlu itkin düşüb.

Moderator.az xəbər verir ki, Dərəqumlu kəndində yaşayan İsmayıl səhər saatlarında məktəbə getmək üçün evdən çıxıb. Lakin onun məktəbə çatmadığı və dərslərdə iştirak etmədiyi bildirilir.

İtkin düşən zaman onun əynində qolları göy rəngli ağ kofta, göy rəngli məktəbli geyimi və plaş, əlində isə göy rəngli məktəb çantası olub.

Valideynləri övladlarının tapılması üçün ictimaiyyətə müraciət edərək, məlumatı olan şəxslərdən kömək istəyirlər.

İsmayıl Tağıyev Rüstəm oğlunu görən və ya onun harada olması barədə məlumatı olan şəxslərdən 050 430 19 24 nömrəsi ilə əlaqə saxlamaları və ya hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.

Ailəsi onun tezliklə sağ-salamat tapılmasını gözləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью